DÜNYA

23 Dekabr

Brexit razılaşmasında qeyri-müəyyənlik

Bakı 23 dekabr Fins.az

9 aydır davam edən Brexit sonrası ticarət razılaşması danışıqlarında qeyri-müəyyənlik davam edir.
Fins.az xəbər verir ki, İngiltərə ilə Avropa Birliyi (AB) arasında 9 ay davam edən danışıqlardan sonra Brexitdən sonrakı ticarət razılaşması qeyri-müəyyən olaraq qalır.

Baş nazir Boris Johnson və Avropa Komissiyası Başçısı Ursula von der Leyen, ayın sonuna qədər razılığa gəlmək üçün Bazar ertəsi və Çərşənbə axşamı günü bir neçə dəfə telefon danışıqları etdiriblər.

Müzakirəçilər Brüsseldə danışıqlarını davam etdirərkən Aİ Baş Müzakirəçi Mişel Barnier hər iki tərəfin son toxunuşa hazır olduqlarını bildirib.Ticarət sövdələşməsi üçün aparılan danışıqlar ümumiyyətlə iki əsas məsələyə əsaslanır: AB gəmilərinin Britaniyanın ərazi sularına girişi və İngiltərənin gələcəkdə bu çıxışı blok edəcəyi təqdirdə AB-nin mümkün cavab tarifləri.

Çərşənbə axşamı 27 AB üzv dövlətinin nümayəndələri ilə danışan Barnier, danışıqlarda irəliləyiş əldə edildiyini və İngilislərin balıq ovu mövzusunda güzəşt edəcəyi təqdirdə Miladdan əvvəl razılığın əldə edilə biləcəyini bildirib.