DÜNYA

23 Dekabr

Avropa Birliyi "İngiltərə ilə nəqliyyat qadağalarını aradan qaldırmağa" çağırır

Bakı 23 dekabr Fins.az

Avropa Komissiyası üzv ölkələri İngiltərə ilə kritik ticarət və sərnişin nəqliyyatı xəttlərini yenidən açmağa çağırır
Avropa Birliyi (AB) Komissiyası üzv ölkələri İngiltərə ilə nəqliyyat xəttlərini yenidən açmağa çağırıb

Fins.az xəbər verir ki, İngiltərənin bəzi bölgələrində, xüsusən mutasiya olunmuş virusun səbəb olduğu Kovid-19-a yoluxmaların artmasından sonra məhdudiyyətlər tətbiq edilib.

Avropa Komissiyası İngiltərə ilə nəqliyyatın davam etdirilməsinə icazə verilməli olduğunu, ancaq növbəti bildirişə qədər lazımsız səyahətlərdən qaçınılmalı olduğunu bildirib.

Mətbuat açıqlamasında yeni mutasiya olunmuş virusun yayılmasının qarşısını almaq üçün sürətli tədbirlərin görülməsi lazım olduğu bildirilsə də, lazımi səyahət və sərnişin keçidlərinin bağlanmaması tələb edilib. "Uçuş və qatar qadağaları ləğv edilməlidir ki, zəruri səyahətləri təmin etsin və tədarük zəncirindəki pozuntuların qarşısını alsın".