2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə MDB ölkələri arasındakı ticarət dövriyyəsi 6,784 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 458,5 milyon dollar və ya 7,2% artım deməkdir.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, həmin dövrdə Azərbaycanın MDB ölkələrinə ixracı 1,627 milyard ABŞ dolları ilə 4,3% artmış, idxalı isə 5,157 milyard ABŞ dolları ilə 8,2% yüksəlmişdir. MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,95%, idxalında isə 24,34% olub.
Ən yüksək ticarət dövriyyəsi Rusiya, Qazaxıstan və Özbəkistan ilə formalaşıb:
- Rusiya: 4,508 milyard ABŞ dolları (+3%)
- Qazaxıstan: 627,2 milyon ABŞ dolları (1,5 dəfə çox)
- Özbəkistan: 506,6 milyon ABŞ dolları (2,3 dəfə çox)
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ümumi xarici ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları olub, bu isə illik müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Bu dövrdə ölkənin ixracı 23,401 milyard ABŞ dolları, idxalı isə 21,188 milyard ABŞ dolları olub. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalarkən, idxal 2,416 milyard dollar və ya 12,9% artmışdır.
Nəticədə xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
