2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 18,716 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 951,2 milyon dollar və ya 5,3% artım deməkdir.
Dövr ərzində Azərbaycanın Aİ-yə ixracı 16,2 milyard dollar olub ki, bu da 6,1% artım, Aİ-dən idxalı isə 2,537 milyard dollar səviyyəsində qeydə alınıb ki, bu da 1% artım deməkdir. Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 69,14%, idxalda isə 11,97% təşkil edib.
Ən yüksək ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, İsveçrə və Çexiya ilə qeydə alınıb:
- İtaliya: 11,243 milyard dollar (+9%)
- Almaniya: 1,298 milyard dollar (−9%)
- İsveçrə: 890,3 milyon dollar (2,1 dəfə çox)
- Çexiya: 807,6 milyon dollar (−22,4%)
Ümumilikdə, yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard dollar dəyərində ticarət aparıb, bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir.
Xarici ticarətin strukturu belə olub:
- İxrac: 23,401 milyard dollar (son 1 ildə 937 milyon dollar və ya 3,8% azalma)
- İdxal: 21,188 milyard dollar (son 1 ildə 2,416 milyard dollar və ya 12,9% artım)
Nəticədə, xarici ticarətdə 2,213 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
