2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 79,8 min ton şəkər ixrac edilib, və ixracın ümumi dəyəri 57,1 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 1,6 dəfə, dəyər baxımından isə 1,5 dəfə artım deməkdir.
Hesabat dövründə şəkərin ixracı ölkənin ümumi ixracında 0,24%, qeyri-neft sektoru üzrə isə 1,72% paya malik olub.
Eyni zamanda, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 353,5 min ton şəkər istehsal edilib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,4% artım deməkdir.
Fuad Mədətov
Finss.az
