BİZNES

28 Noyabr

Hindistanın ÜDM artımı iyul-sentyabr aylarında illik 8,2%-ə çatıb

Finss.az xəbər verir ki, Hindistanın Statistika Nazirliyinin məlumatına görə, ikinci maliyyə rübündə (iyul-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyat 8,2% artıb.

Artım tempi əvvəlki rübdəki 7,8%-dən sürətlənib. Bu, orta hesabla 7,3%-ə qədər yavaşlama proqnozlaşdıran analitiklər üçün sürpriz olub.

Ölkənin ÜDM-nin təxminən 60%-ni təşkil edən istehlak xərcləri 7,9% artıb, dövlət xərcləri isə 2,7% azalıb.