BİZNES

28 Noyabr

Azərbaycandan qara metalların ixracı 76,2 milyon dollar olub

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 76,2 milyon ABŞ dolları dəyərində 74,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilərdə dəyər ifadəsində 0,8% (631 min dollar) azalma, həcm baxımından isə 12,1% (10,2 min ton) azalma müşahidə olunub.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların ümumi ixracdakı xüsusi çəkisi 0,35%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,55% təşkil edib.

Eyni zamanda, Azərbaycan bu məhsulları 2025-ci ilin ilk 10 ayında 923,8 milyon ABŞ dolları dəyərində 768,2 min ton həcmində idxal edib, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,6% (54,4 milyon dollar) azalma, həcm baxımından isə 10% azalma (85,8 min ton) deməkdir.

Fuad Mədətov
Finss.az