Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 996,8 manat təşkil edib.
Finss.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3716,9 manat, qeyri neft-qaz sektorunda 946,9 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 960,7 manat, özəl müəssisələrdə isə 1034,2 manata bərabər olub.
Rəsmi məlumata əsasən, ölkədə ən çox əməkhaqqını mədənçıxarma sənayesində çalışanlar alır. Belə ki, sözügedən dövr ərzində bu sektor üzrə orta aylıq nominal əməkhaqqı 3 539,7 manat təşkil edib.
Ölkədə ən az maaşı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərənlər alır. Hesabat dövründə bu sektor üzrə orta aylıq nominal əməkhaqqı 577,7 manata bərabər olub.
2024-cü ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqının (manat) cədvəli:
Fuad Mədətov
Finss.az