Finss.az - Azərbaycan Mərkəzi Bankı 14 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Rəsmi bülletenə əsasən, 1 ABŞ dolları – 1,7000 manat, 1 Avro – 1,9795 manat, 1 İngilis funt sterlinqi – 2,2847 manat səviyyəsində müəyyən edilib. Eyni zamanda 1 Avstraliya dolları – 1,1384 manat, 1 Kanada dolları – 1,2242 manat, 1 İsveçrə frankı – 2,1214 manat, 1 Çin yuanı – 0,2437 manat təşkil edir.
Digər valyutalar üzrə məzənnələrə görə, 1 Gürcü larisi – 0,6311 manat, 1 Belarus rublu – 0,5778 manat, 1 Türk lirəsi – 0,0394 manat, 100 Yapon yeni – 1,0678 manat, 100 Rusiya rublu – 2,1559 manat olaraq qeydə alınıb.
Bank metalları bazarında isə 1 troy unsiya qızıl – 7 871,7395 manat, 1 troy unsiya gümüş – 154,3277 manat, 1 troy unsiya platin – 4 140,4350 manat, 1 troy unsiya palladium – 3 240,3785 manat səviyyəsində müəyyən olunub.
Mərkəzi Bank bildirib ki, göstərilən rəsmi məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.
