Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçers kotirovkalarında artım müşahidə olunub.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,94% yüksələrək 4 642,24 ABŞ dolları səviyyəsinə çatıb.
Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri də bahalaşıb. Belə ki, gümüşün fyuçers qiyməti 5,01% artaraq 90,66 ABŞ dolları təşkil edib.
