BİRJA

14 Yanvar

Neft qiymətləri Yaxın Şərqdə gərginlik fonunda yüksəldi

Finss.az xəbər verir ki, çərşənbə axşamı günortadan sonra neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar sürətlə yüksəlib.

Moskva vaxtı ilə saat 14:34-ə qədər London ICE Futures birjasında mart ayı üçün Brent fyuçersləri 1,05 dollar (1,64%) artaraq barel üçün 64,92 dollara, NYMEX birjasında fevral ayı üçün WTI fyuçersləri isə 1,04 dollar (1,75%) artaraq 60,54 dollara çatıb.

Qeyd edək ki, bazar ertəsi günü Brent 0,8%, WTI isə 0,6% artmışdı. Son bir həftədə Brent 4,3%, WTI isə 3,1% yüksəlib.

Bazar iştirakçıları xüsusilə İrandakı kütləvi iğtişaşları və ABŞ-İran münasibətlərindəki gərginliyi diqqətdə saxlayır. ABŞ Prezidenti Donald Tramp Tehranla əməkdaşlıq edən ölkələrə 25% tarif tətbiq olunacağını elan edib ki, bu da enerji bazarında əlavə narahatlığa səbəb olub.

Ekspertlər bildirirlər ki, geosiyasi gərginlik və tarif siyasəti qlobal enerji bazarında qısa müddətli qiymət artımlarına təkan verə bilər.