BİRJA

15 Yanvar

Dünya kriptovalyuta bazarında Bitcoin, Ethereum və XRP qiymətləri yüksəlir

Finss.az - 15 yanvar 2026-cı il tarixində dünya kriptovalyuta bazarında əsas rəqəmsal aktivlər üzrə yüksəliş tendensiyası müşahidə olunub.

Bitcoin (BTC) gün ərzində təxminən 96 000 – 97 000 ABŞ dolları diapazonunda ticarət olunub. Son 24 saat ərzində BTC qiyməti 3,7% – 4,5% aralığında artım göstərərək investor marağının gücləndiyini ortaya qoyub.

Ethereum (ETH) qiyməti 3 300 – 3 375 ABŞ dolları səviyyəsində formalaşıb. Hesabat dövründə ETH üzrə gündəlik artım 5% – 7% təşkil edib ki, bu da altkoin bazarında aktivliyin yüksəldiyini göstərir.

XRP qiyməti 2,15 ABŞ dolları səviyyəsinə qədər bahalaşıb və sutkalıq artım 1,7% – 4,5% aralığında qeydə alınıb.