BİRJA

15 Yanvar

Qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçers qiymətlərində azalma müşahidə olunub.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,06% azalaraq 4 586,60 ABŞ dolları səviyyəsində formalaşıb.

Eyni zamanda, COMEX birjasında gümüş bazarında da eniş qeydə alınıb. Belə ki, gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 4,33% azalaraq 87,44 ABŞ dollarına bərabər olub.