2025-ci ilin yanvar-sentyabr ayları ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 172,140 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,499 milyon dollar və ya 4,7% azalma deməkdir.
Hesabat dövründə Yaponiyadan reallaşan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarında payı 3,6% olub. Özü də Azərbaycan 2025-ci ilin ilk 9 ayında Yaponiya iqtisadiyyatına 12,050 milyon dollar sərmayə yatırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,7% azalma deməkdir. Azərbaycan investisiyalarının Yaponiyaya yatırılan payı ümumi həcmdə 0,6% təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında Yaponiyadan Azərbaycana birbaşa investisiyalar 180,639 milyon dollar, Azərbaycandan isə Yaponiyaya yatırımlar 18,454 milyon dollar səviyyəsində olub.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisinə nisbətən 47,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
