SOSİUM

13 Yanvar

Ötən il 54,5 min şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci il ərzində 54,5 min şəxsə əlillik təyin edilib.

Finss.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən xəbər verir ki, onlardan 25,3 min şəxsə ilkin, 29,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Fuad Mədətov
Finss.az