SIĞORTA

15 Yanvar

Avtomobillərin icbari sığortasında zərərlilik göstəricisi sabit səviyyədədir

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobillərin mülki məsuliyyətinin icbari sığortası (İMSİ) üzrə zərərlilik göstəricisi 75,1% təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu dövrdə sığorta şirkətləri 151,2 milyon manat sığorta haqqı yığıb, 113,5 milyon manat ödəniş həyata keçirib.

Ötən ilin eyni dövrü ilə müqayisədə zərərlilik göstəricisi 0,2% artıb. 2024-cü ilin yanvar-oktyabr aylarında zərərlilik göstəricisi 74,8% səviyyəsində olub, sığorta haqları 140,8 milyon manat, ödənişlər isə 105,3 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az