2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlər açıqlanıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, könüllü sığorta növləri üzrə 954,6 milyon manat sığorta haqqı yığılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 125,5 milyon manat və ya 15,1% artım deməkdir.
Hesabat dövründə könüllü sığorta üzrə ödənişlər 651,8 milyon manat təşkil edib, bu da illik müqayisədə 27,7% artımı göstərir. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının 68,3 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı bütün sığorta şirkətləri üzrə yığımlar 1,256 milyard manat təşkil edib, bu göstərici illik müqayisədə 12,9% artım deməkdir. Eyni dövrdə sığorta ödənişləri 772,6 milyon manata çatıb, və 2024-cü illə müqayisədə 24,1% artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az
