SIĞORTA

27 Noyabr

Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər açıqlanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, icbari sığorta növləri üzrə 301,3 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,4 milyon manat və ya 6,5% artım deməkdir.

Hesabat dövründə icbari sığorta üzrə ödənişlər 120,8 milyon manat təşkil edib, bu da illik müqayisədə 7,8% artım deməkdir. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı müştərilərə qaytarılıb.

Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı bütün sığorta şirkətləri tərəfindən 1,256 milyard manat sığorta haqqı yığılıb, bu da illik müqayisədə 12,9% artım deməkdir. Eyni dövrdə sığorta ödənişləri 772,6 milyon manata çatıb, və 2024-cü illə müqayisədə 24,1% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az