2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlər açıqlanıb
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, qeyri-həyat sığortası növləri üzrə 545,3 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43,5 milyon manat və ya 8,7% artım deməkdir.
Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlər 225,7 milyon manat təşkil edib və illik müqayisədə 4,6% artıb. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının 41,4 manatı müştərilərə qaytarılıb.
Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı bütün sığorta şirkətləri tərəfindən 1,256 milyard manat sığorta haqqı toplanıb, bu da illik müqayisədə 12,9% artım deməkdir. Eyni dövrdə sığorta ödənişləri 772,6 milyon manata çatıb, və 2024-cü illə müqayisədə 24,1% yüksəlib.
Fuad Mədətov
Finss.az
