"Baku Electronics" şirkəti Müştəri məmnuniyyəti üzrə operator vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.
Xüsusi tələblər:
- Müştəriyönümlü olmaq;
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Stresə davamlı olmaq;
- İnkişafa meylli olmaq;
- Komanda ilə birgə işləmə bacarığı;
- Problem həll etmə bacarığı;
Vəzifə təlimatı:
- Müştəri müraciətlərini, şikayət və təkliflərini aidiyyatı üzrə yönləndirmək;
- Müştəriləri sorğuları üzrə düzgün məlumatlandırmaq;
- Şirkətin təklif etdiyi xidmətlər barəsində müştəriləri düzgün məlumatlandırmaq;
- Məhsullar və xidmətlər haqqında müştərilərdən rəsmi və qeyri-rəsmi rəylər toplamaq;
- Müştərilərin rəyləri haqqında digər müvafiq şəxsləri və əlaqədar şöbəni mütəmadi olaraq xəbərdar etmək;
- Şirkətin müştəri xidmətləri siyasətini tətbiq etmək;
- Müştərilərə yüksək səviyyəli xidmət göstərərək müştəri məmnuniyyətinin qorunmasını təmin etmək;
- Şirkət və müştəri arasındakı qarşılıqlı münasibətlərin müsbət yöndə inkişaf etdirilməsini təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə operator” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. ([email protected] )