Show

22 Sentyabr

Azersun Holding VAKANSİYA elan edir

"Azersun Holding" Direktor köməkçisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Tələblər:

  • Ali təhsil (xüsusən texniki sahələrdə);
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
  • Raporlama qabiliyyəti və datalarla işləmə bacarığı;
  • İngilis və Rus dili üzrə yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İşgüzar ünsiyyət bacarıqları.

İş haqqında:

  • Görüş və iclasların planlaşdırılması və təşkili, iclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
  • Direktorun telefon danışıqlarının təşkil edilməsi, rəhbərlik olmadığı vaxtda alınan məlumatların qeyd edilməsi və aldığı məlumatların məzmununun çatdırılması;
  • Müəssisələrdən gələn dataların anlizinin aparılması, direktora raporlanması;
  • Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlilinin aparılması;
  • Hesabatların hazırlanması və təqdimatının həyata keçirilməsi;
  • İş yazışmalarının aparılması;
  • İşgüzar səfərlərin təşkili və inzibati dəstəyin göstərilməsi;
  • Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
  • Nahar şirkət tərəfindən qarşılanır

İş yeri: Bakı şəh.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsinə "Direktor köməkçisi" qeyd etməyiniz xahiş olunur.