"Rabitəbank" OJSC Universal işçi (Bakı filialları) vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.
Vəzifə öhdəlikləri:
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
- Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
- Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;
- İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
- Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadi olması arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.10.2023-cu il tarixinədək elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Universal işçi” yazmağınız xahiş olunur.
Nəzərinizə çatdırımaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33