Show

20 Sentyabr

"Rabitəbank" OJSC VAKANSİYA elan edir

"Rabitəbank" OJSC Məlumat mərkəzi şöbəsində kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

  • Banka telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablamaq;
  • Sosial şəbəkələrdə və digər internet media məkanlarında müştərilərin suallarını cavablandırmaq;
  • Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək;
  • Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil etmək;
  • Zənglərə əsasən bank məhsullarının satışını təşkil etmək (telemarketinq);
  • Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Məlumat sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və rus dili bilikləri;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • MS Ofis proqramları ilə işləmək bacarığı;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Səlis və aydın nitq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.10.2023-cu il tarixinədək elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məlumat Mərkəzi” göstərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırımaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33