Show

19 Sentyabr

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" şirkəti Kassir (Quba) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Öhdəliklər:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.

İş şəraiti:

  • İş günləri: Növbəli;

Tələblər:

  • Ali təhsil;
  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.