Show

18 Sentyabr

"Bank Respublika" ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vakansiyasını elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
  • Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
  • Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin  faktiki yaşayış ünvanlarını müəyyən etmək;
  • Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.