Show

18 Sentyabr

"Rabitəbank" OJSC VAKANSİYA elan edir

"Rabitəbank" OJSC Xəzinədar (Bakı, Şamaxı, Şirvan və Ağcəbədi filial) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;

  • Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir.
  • Sayılmış pulların bandrollaşdırılmasını və bağlanmasını həyata keçirir.
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərilərə ancaq baş xəzinədar və ya filial müdir tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, mıəxarici və valyuta mübadiləsi xidməti  göstərir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
  • Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.

Namizədə qarşı tələblər:

  • Aidiyyatı sahədə ən azı 1 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir)
  • kollektivdə işləmək qabiliyyəti
  • Vətəndaş qüsursuzluğuna malik olmalı
  • Ciddi nəzarət etmək qabiliyyəti olmalı
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27.09.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq xəzinədar” göstərməyiniz xahiş olunur.