Show

18 Sentyabr

"Turan Bank" ASC VAKANSİYA elan edir

"Turan Bank" ASC Hesabatlıq bölməsinin mütəxəssisi / böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın və nəzarətedici orqanın tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • PL/TMM risklərinin idarə olunması üçün Bankda tətbiq olunacaq proqram təminatı üzrə texniki tapşırıqların icrası, testlərin aparılması;
  • CRS/FATCA hesabatlılığı üzrə məlumatların toplanması, emalı və hesabatların təqdim olunması;
  • Sorğuların cavablandırılması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

 Namizədə qarşı tələblər:

  • Təhsil: İqtisadiyyat, maliyyə və hüquq üzrə ali təhsil;
  • Xarici dillər: İngilis dili və Rus dili ;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İş təcrübəsi: Çirkli Pulların Yuyulmasına qarşı mübarizə sahəsində minimum 6 ay;
  • Digər: Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
  • Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
  • CAMS sertifikatı olması arzuolunandır.
  • Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.

Anketlərinizi [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi mail adresinə göndərərkən Mövzu hissəsinə “Komplayens şöbəsində Hesabatlıq bölməsi” yazmağı unutmayın.