Show

15 Sentyabr

Satış təmsilçisi - VAKANSİYA

“VT Company” şirkətinə satış təmsilçisi vəzifəsinə işçi tələb olunur.

Gənclərin böyük marağına səbəb olan vakansiya perspektivliyi ilə tələbələr üçün əla fürsətdir.

Şirkət vakansiya ilə bağlı vəzifə öhdəliklərini və tələbləri təqdim edib.

Tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
- Kollektivlə işləmə bacarığı, idarəetmə bacarığı;
- Ünsiyyət qurma bacarığı.

Öhdəliklər:

- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
- Müştəri bazasını artırmaq məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Potensial müştərilərə keyfiyyətli və maraqlı təkliflərlə cəlb etmək;
- İşin inkişafı üçün yerli müştərilərlə sıx əlaqələr qurmaq;
- Satış hesabatlarının rəhbərliyə təqdim edilməsi;
- Satış  effektivliyinin artırılmasına dair təkliflərin hazırlanması.

İş vaxtı:

Sərbəst

Əmək haqqı faiz əsasında olacaq.

Əlaqə: (+994 55) 522 24 99 (WhatsApp)
E-mail: [email protected]