Show

01 Sentyabr

Express Bank VAKANSİYA elan edir

Express Bank iqtisadi təhlükəsizlik şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Kreditlərin verilməsində və kassa əməliyyatları prosesində dələduzluq halların aşkar edilməsi üçün profilaktik yoxlamalar keçirir;
Bankın təchizat xərclərinin nəzarətini həyata keçirir və həmin xərclərin azalması istiqamətində işlər görür, dələduzluq hallarını aşkar edilməsi üçün profilaktik yoxlamalar keçirir;
Bankdaxili vakansiyalara namizədlərin işə qəbulu zamanı onların yoxlanılmasını həyata keçirir;
Dələduzluq faktları, eləcə də, iqtisadi təhlükəsizlik baxımından təhlükəli hadisələrin aşkarlanması zamanı daxili araşdırmanın aparılmasını təmin edir.

Tələblər:

Ali təhsil;
Azərbaycan dilini bilmək, Rus və İngilis dilləri arzuolunandır;
Microsoft Office proqramlarının istifadəsini bilmək;
Oracle SQL proqlamlaşdırma dili ilə işləmək bacarığı arzu olunandır;
Komandada işləmə bacarığı;
Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Sosial imtiyazlar:
Bizim üstünlüklərimiz:

Tibbi sığorta;

Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;