Show

28 Avqust

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank kart əməliyyatları şöbəsinin mütəxəssisi (Əməliyyat üzrə) vəzifəsinə vakansiya elan edir.

 

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bank Əməliyyat Sistemlərinə kartlarla bağlı əməliyyat məlumatlarının yüklənməsi;
Kart əməliyyatları üzrə klirinqin aparılması;
Balansdaxili hesablaşmaların aparılması;
Balans hesab qalıqlarına nəzarət

Tələblər:

Ali magistr təhsili (İqtisadi, Maliyyə təhsilin olması arzuolunandır);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları və balansdaxili hesablaşmalar sahəsində təcrübə arzuolunandır);
İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Riyazi hesablama aparmaq və analitik düşünmə bacarığı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);