Show

28 Avqust

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank ödəniş sistemləri ilə iş şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

İdarədaxili hesabatların hazırlanması;
Mərkəzi Bank və Ödəniş sistemləri üzrə hesabatlılığın hazırlanması;
Prosessinq Mərkəzi və Ödəniş sistemləri ilə yazışmaların aparılması;
Yeni məhsulların və xidmətlərin bazar təhlilinin aparılması;
Layihələrdə iştirak.

Tələblər:

Ali magistr təhsili (İqtisadi təhsilin olması arzuolunandır);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları sahəsində təcrübə arzuolunandır);
Analitik düşünmə bacarığı;
Riyazi hesablama aparmaq qabiliyyəti;
İngilis və Rus dilləri üzrə dil bilgisi;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
SQL və “Data management”-ə aid bacarıqlar üstünlükdür.