Show

24 Avqust

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
Layihənin gedişatında yaranan çətinliklərin araşdırılması və onların həlli üçün dəstəyin göstərilməsi;
Bütün layihə sənədlərinin (layihənin nizamnaməsi, tədbirlər planı, layihə görüşlərinin protokolları, layihəyə dəyişiklik haqqında cədvəl, layihə haqqında yekun hesabat) müvafiq tələblərə uyğun olmasının təmin edilməsi;
Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;Maraqlı tərəflər üçün layihənin statusu haqqında hesabatların hazırlanması;
İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

Ali magistr təhsili;
Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
Bank qanunvericiliyi barədə biliklərə sahib olmaq arzuolunandır;
Texniki tapşırıq və sınaq testlərinin (test case) hazırlama bacarıqları;
Peşəkar səviyyədə MS Office proqramlarında işləmə bacarığı (Word, Excel, PowerPoint və Outlook);
Layihə idarə edilməsində istifadə olunan hər hansı proqram təminatında iş təcrübəsi;
Layihə idarəedilməsi sahəsində sertifikatların olması arzuolunandır;
Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
Ünsiyyətcil, təşəbbüskar, təqdimat bacarığı;
Rus və ingilis dillərini bilmək arzuolunandır.