Show

24 Avqust

Unibank VAKANSİYA elan edir

Unibank korporativ müştərilərin cəlb edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Korporativ müştərilərlə gündəlik danışıqların aparılması;
Görüşlərin keçirilməsi;
Təqdimatların hazırlanması;
Bankın xidmətlərini təqdim edib müştərilərlə müqavilələrin bağlanılması;
Strateji olaraq yeni taktikalar və satışın artırılması üçün təklifləri irəli sürmək;
Rəhbərliyə həftəlik hesabatların təqdim edilməsi.

Tələblər:

Ali təhsil;
Azərbaycan və Rus dilində səlis danışma bacarığı, İngilis dili (arzu olunandır);
Minimum 3 il korporativ satış təcrübə;
MS Office proqramları ilə işləyə bilmək;
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
İnandırma, təqdim etmə bacarəğı;
Operativlik və müştəriyönümlülük.