Show

21 Avqust

Express Bank VAKANSİYA elan edir

Express Bank İnformasiya Təhlükəsizliyi üzrə İdarəetmə, Risk və Komplayns Mütəxəssisi (GRC) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtib edilməsi;
Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatlar;
Mövcud siyasət prosedur və standartların tətbiq edilməsinə nəzarət.

Tələblər:

İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
ISO27001 standartı üzrə biliklər;
İT risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bacarıqlar;
İngilis dili upper-intermediate səviyyəsində;
İT sistem və şəbəkə üzrə anlayış;
Şifahi və yazılı ünsiyyət bacarığı.