Show

15 Avqust

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Yerli və beynəlxalq KİV-lər üçün press-relizlərin, məzmunların, məqalələrin, bəyanatların hazırlanmasında və zəruri hallarda tərcüməsində, eləcə də KİV nümayəndələrinin sorğularının cavablandırılmasında mətbuat katibinə dəstək göstərmək
Bankın İllik və Dayanıqlılıq Hesabatlarının hazırlanmasına mətbuat katibinə dəstək göstərmək
Bankın veb-saytının idarə edilməsində və tənzimlənməsində iştirak etmək
Rəsmi məktubların, təqdimatların və nitq mətnlərinin hazırlanmasını təmin etmək

Sizdən nə tələb olunur?

Təhsil: Marketinq, Kommunikasiya və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: 2 il
Xarici dillər: İngilis (səlis), Rus (səlis)
Kompüter bilikləri: Microsoft Office