Show

11 Avqust

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi – sistem inzibatçısı (microsoft) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

İT sistemlərinin daimi monitorinqi;
Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
Mövcud servislərin dayanaqlılığını təmin etmək;
Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
Bütün dəyişikliklərin sənədləşdirilməsi;
Server avadanlıqlarının quraşdırılması;
İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
24/7 mövcudluğu;
Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

Tələblər:

İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır;
Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;
Sistem firewall ilə işləmək bacarığı;
Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication;
High availability sistemləri ilə iş təcrübəsi;
Mail servisləri ilə iş təcrübəsi - Exchange server 2016/2019;
Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
Configuration Management tool-larla təcrübə - SCCM;
Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible.
İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
Sahə üzrə iş təcrübəsi ən azı 3 il.