Show

10 Avqust

“Bank Respublika” ASC vakansiyasını elan edir

“Bank Respublika” ASC problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin  faktiki yaşayış ünvanlarını müəyyən etmək;
Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.

Namizədə qarşı tələblər:

Ali təhsil;
Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.