Show

22 Avqust

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" sosial media üzrə inzibatçı vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətlərin (şərh və mesajlar) cavablandırılması;
Müştəri məmnuniyyətinin təmin edilməsi;
Satış yönümlü yazışmaların aparılması;
Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
Sosial mediada şirkət haqda rəylərin monitorinq edilməsi.
Tələblər:
Ali təhsil;
SMM üzrə iş təcrübəsi arzu olunandır;
Səlis Azərbaycan və Rus dili biliyi (şifahi və yazılı);
Punktuallıq və pozitivlik;
Stresə dözümlülük.

İş şəraiti:

İş günləri: I-VI günlər;
İş saatı: 09:00-18:00 / 13:00-22:00 (növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.