Show

10 Avqust

PASHA Holding VAKANSİYA elan edir

PASHA  Holding innovation analyst vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşin təsviri:

Yeni innovasiya imkanları üzrə mexanizmin yaradılması və saxlanılması üçün mənbələrin cəlb edilməsi
Müxtəlif kanallar (məsələn, Pitchbook, CrunchBase, LinkedIn və s.) vasitəsilə müxtəlif coğrafiyalardakı startapları kəşf etmək və ilkin qiymətləndirmə aparmaq. Əsas sənaye sahələri: Fintech, InsurTech, Pərakəndə Ekosistem, Pərakəndə İstehlakçısı, Qonaqpərvərlik və s.
Holdinqin İnnovasiya Bölməsinin (İnnovation Stream) innovasiya ilə bağlı təşəbbüslərindən faydalana biləcək şəbəkələr qurmaq və sinerji axtarmaq üçün yerli və beynəlxalq innovasiya ekosistemi tərəfdaşları - akseleratorlar, inkubatorlar, universitetlər, vençur kapital fondları və korporasiyalar ilə ünsiyyət saxlamaq və əlaqələr qurmaq;
Müsahibələr və qəbul edilmiş sorğular vasitəsilə SA-ların xüsusi innovasiya ehtiyaclarını və istifadə ssenarilərini müəyyən etməkdə üst səviyyə komanda üzvlərinə dəstək olmaq;
Xarici və daxili innovasiya ilə bağlı maraqlı tərəflərlə görüşlər təşkil etmək və keçirmək, tələb olunduqda qeydlər aparmaq;
Skautluq (araşdırma) fəaliyyətləri üzrə məlumat bazasını müntəzəm olaraq yeniləmək və layihə idarəetmə vasitələrindən istifadə etməklə əlaqədar fəaliyyətlərin icrasını izləmək;
Layihənin idarə edilməsində və iş planlarının, nəticələrin və fəaliyyətlərin koordinasiyasında/inkişafında yüksək səviyyəli komanda üzvlərinə dəstək olmaq;
Effektiv ünsiyyəti, icra prosesinin düzgün qaydada izlənilməsini və müvafiq innovasiya ilə bağlı fəaliyyətlərdə əsas mərhələlərin izlənilməsini təmin etmək üçün Holdinq Şirkətlərinin İnnovasiya Çempionları ilə əlaqələr qurmaq;
Müntəzəm qaydada tendensiyaların analitikasının və funksional bölmə üzrə hesabatların (tələb əsasında) hazırlanmasına dəstək olmaq;
Yeni texnologiyalar üzrə radarları, texnologiyanın təsir profillərini hazırlayır və Holdinqin əməkdaşları üçün müxtəlif yeni texnologiya ekosistemləri barədə iki həftəlik xəbər bülletenləri təşkil etmək, veb-saytdakı məlumatları müvafiq qaydada yeniləmək;
Yeni ideyaları və startaplarla potensial tərəfdaşlıqları araşdırmaq və qiymətləndirmək;
Biznes imkanlarını və sənayedə/bazarda yeni yaranan tendensiyaları tez və səmərəli şəkildə aşkar edə bilmək üçün texnologiyalar və biznes sahəsində daim məlumatlı olur;

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları tələb olunur; Türk və rus dillərini bilmək üstünlük hesab edilir;
Startap mühitdə və ya korporativ innovasiya sahəsində təcrübə yüksək arzuolunandır.
Biznesin idarə edilməsi, korporativ maliyyə, biznes analitikası və ya innovasiya ilə bağlı sahələr üzrə bakalavr və ya magistr dərəcəsinə üstünlük verilir.
Kompüter Bacarıqları: Peşəkar təqdimat bacarıqları, Microsoft Office proqramları, Google Suite proqramları, WordPress, Mail Chimp.
Güclü şəxsiyyətlərarası və təşkilatçılıq bacarıqları, eyni zamanda birdən çox vəzifə və prioritetləri idarə etmək bacarığı.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində “İnnovasiyalar üzrə analitik” qeyd olunmalıdır;
CV-lər 08 sentyabr, 2023-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.