Show

08 Avqust

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramını elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Öz işinin peşəkarları yanında təcrübə keçmək;
  • Real iş mühiti ilə tanış olmaq;
  • Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
  • “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqamətləri üzrə təhsil arzuolunandır);
  • 4-cü kurs tələbələri və ya yeni universitet məzunları təcrübə proqramına müraciət edə bilər;
  • Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
  • Analitik düşüncə qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.