Show

08 Avqust

TuranBank VAKANSİYA elan edir

"TuranBank" kredit risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı /baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifəyə olan tələblər:

Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);  
Kredit riskləri və ya digər müvafiq sahədə 1-3 il iş təcrübəsi və daha çox;  
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
 Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
 Stress altında işləmə qabiliyyəti;
 MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək; 
Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
VBA, R, Power BI üzrə biliklər arzuolunandır;

Vəzifə öhdəlikləri:

Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və  ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
Kredit reytinq və skorinq sistemlərinin yaradılması və fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək;
Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Kredit risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
Bizim təkliflərimiz:
Rəqabətli əmək haqqı
Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
Beynəlxalq Risk menecement treninqlərində iştirak etmək imkanları