Express Bank informasiya təhlükəsizliyi üzrə İdarəetmə, risk və komplayns mütəxəssisi (GRC) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtib edilməsi;
Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatlar;
Mövcud siyasət prosedur və standartların tətbiq edilməsinə nəzarət.
Tələblər:
İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
ISO27001 standartı üzrə biliklər;
İT risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bacarıqlar;
İngilis dili upper-intermediate səviyyəsində;
İT sistem və şəbəkə üzrə anlayış;
Şifahi və yazılı ünsiyyət bacarığı.