Show

22 Avqust

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank AML və monitorinq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Bankın məhsul və xidmətlərinin Qanunlara və standartlara uyğunluğunun təmin etmək;
ÇPY/TMM sahəsində siyasət və prosedurlar üçün məzmununu hazırlamaq / inkişaf etdirmək;
Biznes mərkəzlərindən və digər funksiyalardan daxil olmuş ÇPY/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək;
Tərəfdaşların, Müxbir bankların, yüksək riskli müştərilərin Müştəri Eyniləşdirməsini həyata həyata keçirilməsinə nəzarət etmək;
Gündəlik əsasda əməliyyatların ÇPY/TMM sistem təminatı vasitəsi ilə monitorinq və idarə edilməsi təmin etmək;
Bankda aşkarlanmış bütün şübhəli əməliyyatlara qarşı müvafiq tədbir görmək;
Müxbir banklardan SWIFT vasitəsi ilə daxil olan sorğulara nəzarət etmək və cavablandırmaq;
Müştərilərin ödənişləri ilə əlaqədar qərarlar vermək;
Bankın əməkdaşlarına ÇPY/TMM sahəsində təlimlər keçmək və ÇPY/TMM sahəsindən olan məsələlər ilə əlaqəli məsləhət vermək;
Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulmasnı təmin etmək. 

Sizdən nə tələb olunur?

Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr)

Tələb olunan iş təcrübəsi: 3-5 il
Xarici dillər: Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (orta)
Kompüter bilikləri: Microsoft Office
Lisenziya/Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır