Show

07 Avqust

Wegros satış mütəxəssisi üzrə işçi axtarır - VAKANSİYA

“Wegros” ticarət platforması satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

VƏZİFƏLƏRİ:

- Korporativ şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması;
- Korporativ müştərilərin məhsullarının planlaşdırılması və çatdırılması;
- Satışla bağlı sənədləşmələr (təhvil-təslim aktı, hesab faktura);
- Əməkdaşlıq edilən şirkətlərə sifariş edilməsi və bölgələrə sifariş olunan məhsulların təhvil verilməsi;
- Yeni müştərilərin axtarışı və cəlb olunması;
- Proyektlər üzrə iş;
- Rəqiblərin öyrənilməsi və şirkətin strategiyasını işləyib hazırlanması;
- İşgüzar tədbirlərdə şirkətin təqdim olunması;
- İşgüzar görüşlərin təşkili və aparılması;
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatı.

TƏLƏBLƏR:

- 22-45 yaş;
- Ali və ya orta-ali təhsil;
- Dillər : azərbaycan, rus dilləri (yüksək səviyyədə), ingilis dili (orta səviyyə)
- Ofis proqramlarını bilmək;
- Satış sahəsində iş təcrübəsi 1 ildən az olmayaraq;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Ekspeditor və ya uyğun sahələrdə çalışmış şəxslərə üstünlük verilir.

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini Satış mütəxəssisi qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

"Wegros" ictimai əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

Veb-sayt: //wegros.com