Show

07 Avqust

Bank Avrasiya VAKANSİYA elan edir

Bank Avrasiya xəzinədarlıq şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

Namizədlər üçün irəli sürülən tələblər:

Ali təhsil
Bank sektorunda bu sahədə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilində səlist danışıq bacarığı
İnqilis və Rus dili biliyi yüksək səviyyədə 
MS Office proqramlarının bilikləri
Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

Şöbənin fəaliyyətini təşkili və ona nəzarət;
Gündəlik Bankdaxili nağd və nağdsız əməliyyatlar üzrə məzənnələrin təyin edilməsinə nəzarət;
Valyuta bazarlarında kredit və dilinq əməliyyatları üzrə əqdlərin bağlanmasına nəzarət;
Qiymətli kağızlar bazarında əqdlərin bağlanması üçün broker şirkətinə sifariş vermək;
Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelininə nəzarət;
Bankın cari, qısamüddətli və uzunmüddətli likvidliyinin təmin edilməsinə nəzarət;
Bankın Açıq Valyuta Mövqelərinə nəzarət və risklərinin proqnozlaşdırılması;
Əməkdaşlıq edilən yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
Əməkdaşlığa yeni yerli və xarici bankların cəlb olunmasını təmin etmək;
Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Xahiş olunur mövzu hissəsində Xəzinədarlıq Şöbəsinin müdiri vəzifəsini qeyd edib CV göndərəsiniz.