Show

07 Avqust

Bank Avrasiya VAKANSİYA elan edir

Bank Avrasiya birja əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

Namizədlər üçün irəli sürülən tələblər:

Ali təhsil
Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
Azərbaycan dilində səlist danışıq bacarığı
İnqilis və Rus dili biliyi yüksək səviyyədə 
MS Office proqramlarının bilikləri
Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

Yerli və xarici maliyyə və pul bazarlarında, həmçinin Ticarət Platforması, SberMarkets ticarət platforması və digər sistemlərdə əqdlərin bağlanması, bank sistemində müvafiq müxabirləşmələrin verilməsi və müvafiq SWIFT formatların kontragentlərə göndərilməsi (MT 300, MT202)
Maliyyə və fond birjalarında gedən ticarət sövdələşmələri, qiymətlər və ticarətin həcmi barədə daima məlumatlar əldə etmək 
Məzənnələrin müəyyən edilməsi
Yerli və xarici banklardan, müxtəlif maliyyə institutlarından vəsaitlərin alınması və verilməsi üçün danışıqların aparılması, müvafiq müqavilələrin və ya MT 320-in hazırlanması
Valyutanın alış/satışı haqqında hesabatların hazırlanmasına və bankın mübadilə valyuta məzənnələrinə nəzarətin həyata keçirilməsi
Dillinq əməliyyatları
Filiallara  kredit limitlərinin müəyyən edilməsi və onlara nəzarət
Filiallararası hesablaşmalar üzrə resursların idarə edilməsi
S.İ.F və İpoteka Fondundan cəlb olunmuş vəsaitlərlə iş 
Valyuta mövqeyinin idarə edilməsi və ona nəzarət
Yerli və xarici maliyyə institutları ilə işlərin aparılması
Pul axınının idarə edilməsi, planlaşdırılması.
ATM lərin fəaliyyətinə nəzarət.