Show

04 Avqust

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank xarici hesabatlıq şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Requlyativ hesabatların hazırlanması və təqdim edilməsi: requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında hesabatların təqdim edilməsi.
Requlyativ tələblərə uyğunluq: bank kapitalının adekvatlıq, likvidlik və leverec əmsalları kimi bütün tənzimləyici tələblərə əməl etməsinin təmin edilməsi və bankın məcmu kapital vəziyyətinin optimallaşdırılmasına dair təhlil və tövsiyələrin yüksək rəhbərliyə təqdim edilməsi.
Maliyyə hesabatının keyfiyyəti: təqdim olunan maliyyə məlumatlarının düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək və məlumatların bütövlüyünü təmin etmək üçün müvafiq nəzarət və prosedurlara riayət olunmasına nəzarət etmək.
Maraqlı tərəflərin idarə edilməsi: tənzimləyici orqanlarla əlaqələrin qurulması.
Proseslərin təkmilləşdirilməsi: requlyativ hesabatların dəqiqliyini, səmərəliliyini və effektivliyini artırmaq üçün proseslərin və sistemlərin davamlı olaraq təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
Xarici dil: İngilis, Rus (arzuolunandır)
Kompüter Bacarıqları: MS Office proqramları
Lisenziya / Sertifikat: ACCA / CFA arzuolunandır
Məhsul üzrə biliklər: Bank məhsulları
Başqa tələblər: MB və ADİF tənzimləmə sənədləri