Show

04 Avqust

Azericard VAKANSİYA elan edir

Azericard frontend developer vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhtəlikləri və tələblər təqdim olunub.

Əsas vəzifə öhdəlikləri: 

Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək.
Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi.
Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək.
Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək.
Funksionallıqların test edilməsi.
Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək.
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Tələb olunan bilik və bacarıqlar:

Kompyuter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə Bakalavr dərəcəsinə sahib olmaq.
Frontend development sahəsində minimum 1 il iş təcrübəsi.
React, NextJS, Redux, JavaScript, TypeScript, HTML və CSS üzrə bilik və təcrübəyə sahib olmaq.
Git ilə çox yaxşı səviyyədə işləyə bilmək.
Data structures və design patterns üzrə bilik.
Komanda mühitində çalışmağa və kod təhlilinə səy göstərmək bacarığı.
Figma kimi alətlərlə işləmə bacarığı.
Vakansiya ilə bağlı marağı olan və maraqlı layihələrdə işləmək istəyirsinizsə, bizimlə əlaqə qura bilərsiniz. Zəhmət olmasa CV-nizi "Frontend Developer" mövzusu ilə göndərin.