Show

31 İyul

HRcell şirkəti VAKANSİYA elan edir

"HRcell" MMC şirkəti satış üzrə assistant vəzifəsinə vakansiya elan edir. 

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri

  • Texniki məhsulun spesifikasiyası və funksiyaları barədə məlumatlı olunması.
  • Potensial müştərilərin İT ehtiyaclarının qiymətləndirilməsi və məhsulların tövsiyə edilməsi.
  • Məhsul təklifləri ilə bağlı satış menecerləri ilə məsləhətləşmələr və müzakirələrin aparılması.
  • Marketinq imkanlarının müəyyən edilməsi və satış potensialının inkişafı.
  • Müştərilərdən sorğuların qəbul edilməsi, daxil olan sorğuların üzərində iş, mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması;
  • Müştəri tələblərini əsas tutaraq satışın stimullaşdırılmasının həyata keçirilməsi;
  • Tender sənədlərinin hazırlanmasında dəstək;
  • Satışı həyata keçirilmiş sənədlər paketinin doğruluğunu mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;
  • Müştərilərə birbaşa, telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatlarının düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, endirimlər, zəmanətlər, kampaniyalar və s.).

Tələblər

  • İT məhsulların satışında minimum 1 il iş təcrübəsi
  • Azərbaycan-dili əla, Rus-dili, ingilis-dili yaxşı səviyyədə
  • Excel, Word, Outlook proqramlarından istifadə bacarıqları
  • Komanda ilə çalışmaq
  • Yazılı və şifahi kommunikasiya
  • Danışıqlar aparmaq bacarığı
  • Konfliktləri həll etmə 
  • Öyrənmə və özünü inkişaf 

iş qrafiki: 5 günlük, 09:00-18:00

ünvan: Ağ şəhər

əmək haqqı: 500-800 azn

Müraciət üçün cv-nizi, vakansiyanın adını qeyd edərək, [email protected] emailinə göndərə bilərsiniz.