Show

28 İyul

HRcell şirkəti VAKANSİYA elan edir

"HRcell" MMC şirkəti satışa dəstək mühəndisi (server and storage)  vəzifəsinə vakansiya elan edir. 

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Müasir server və storage  infrastrukturlarının struktur və komponentlərini, eyni zamanda funksional təyinatlarını başa düşərək izah etməyi bacarmaq;
Müştərinin problemlərini analiz edərək başa düşmək;
Təklif ediləcək həllin biznes nəticələrini anlamaq və bunu müştəriyə izah edə bilmək;
Təqdimat hazırlamaq və müştəriyə təqdim etməyi bacarmaq;
Təklif olunacaq həllin vizuallaşdırılmasını və HLD (High level design) çəkməyi bacarmaq;
Kritik sistemləri təhlil etmək və sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək bacarığı;
Həll sənədlərinin və təqdimatların hazırlanmasında təcrübəli;
Microsoft Power Point və Visio proqramlarında işləyə bilmək;

Tələblər:

İnformasiya texnologiyaları və ya digər texniki ixtisalar üzrə ən azı ali bakalavr dərəcəli təhsili;
Server və storage həlləri sahəsində ən azı 2 illik təcrübə (şəbəkələrin dizaynı və tətbiqi sahəsində təcrübə) Servers (HPE, Lenovo, Dell, Cisco), Storage (HPE, Lenovo, Dell), Disk
Tape Backup Systems (HPE, Lenovo, Dell), FC Switches (Brocade, Cisco), Virtualization
(VMware), Backup (Veeam, Dell, Zerto);
Dünyanın aparıcı server və storage avadnlıqları istehsalçılarının (HPE, Lenovo, Dell, Cisco və s.) sertifikatlarına malik olanlara üstünlük verilir;
Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq;
Daxili və beynəlxalq səyahətlər üçün ezam olunmağa hazır olmaq;
Sales engineer, Presales manager , Solution Architect və s. vəzifələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir;

Ünsiyyətcil olmaq
Müştəri ilə pozitiv ünsiyyət qurmağı bacarmaq
Təhlil etmək və problem həll etmək bacarığı
Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
Komandada işləmək bacarığı.

Əmək haqqı: 3000-6000 azn

Uyğun namizədlər cv-lərini vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərə bilər.